Tezliklə sülh gələcək Trampın dövlət katibi postuna namizədi paylaşım etdi

07.11.2024

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni seçilmiş prezident Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə əsas namizəd sayılan ABŞ-ın Almaniyadakı keçmiş səfiri Riçard Qrenel sülhün tezliklə gələcəyi anonsunu verib.

Azpost.info xəbər verir ki, o bu barədə “X”-də paylaşım edib.

“Amerika və dünya xilas oldu. Tezliklə sülh gələcək”, – dedi Qrenel bildirib.

O, hansı münaqişənin həll ediləcəyini və sülhün haradan gələcəyini dəqiqləşdirməyib.

Daha əvvəl “Politico” nəşri ABŞ Konqresindəki mənbəyə istinadən Trampın ABŞ-ın dövlət katibi postuna Qreneli düşündüyünü yazıb.

Seçki kampaniyası zamanı Tramp Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.

Azpost.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью