Təzyiq dərmanları hər gün qəbul edilməlidir?

29.10.2025

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Yüksək təzyiq dərmanları hər gün qəbul olunmalıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İnsult xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova bildirdi.

Həkimin sözlərinə görə, təzyiq qalxdıqdan sonra onları qəbul etmək artıq gecikmiş tədbir sayılır:

"Təzyiq qalxıb, dərman təsir göstərə­nə qədər müəyyən vaxt keçir, bu müddətdə isə insan yüksək risk altında olur, o cümlədən insult riski ilə üz-üzə qalır. Buna görə də arterial hipertenziyanın adekvat və davamlı müalicəsi mütləq şəkildə aparılmalıdır ki, insultun yaranma ehtimalı azalsın".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью