Təzyiq dərmanları kömək etmirsə, duzdan imtina edin

17.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Yüksək qan təzyiqindən əziyyət çəkən insanlara gündəlik qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu dietoloq və endokrinoloq Pavel Baranov aif.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, həkimlər hipertoniya xəstələrinə gündəlik duz qəbulunu 2-3 qramdan aşağı salmağı tövsiyə edə bilərlər. Müalicəyə baxmayaraq qan təzyiqi nəzarət altına alınmadıqda isə duzdan tamamilə imtina etmək zərurəti yarana bilər.

Həkim qeyd edib ki, bəzi hallarda hətta bir neçə təzyiqsalıcı dərmanın birlikdə istifadəsi belə qan təzyiqini hədəf səviyyəyə endirməyə kifayət etmir. Belə vəziyyətlərdə duz qəbulunun tam məhdudlaşdırılması da müalicə tədbirlərindən biri ola bilər.

Baranov vurğulayıb ki, sağlam insanların duzu bu qədər ciddi şəkildə məhdudlaşdırmasına, bir qayda olaraq, ehtiyac yoxdur. Bununla bağlı qərar fərdin sağlamlıq vəziyyəti, əks göstərişlər və həkim tövsiyələri nəzərə alınmaqla verilməlidir.

Qeyd edək ki, əvvəlki tədqiqatların nəticələrinə əsasən, kaliumla zənginləşdirilmiş duzdan istifadə dünyada hər il təxminən 3 milyon ölümün, eləcə də 10 milyon yeni ürək-damar və böyrək xəstəliyi halının qarşısını ala bilər.

Murad İsmayıl 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью