Təzyiq xəstələrinə müjdə Dərmanlar pulsuz olacaq KONKRET

19.11.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır.

KONKRET.az report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev “Dövlət biznes əməkdaşlıq forumu” çərçivəsində baş tutan “Qurumların fəaliyyəti, işəgötürənlətlı əməkdaşlıq və əmək bazarının aktual məsələləri” mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, hazırda vətəndaşlar icbari tibbi sığorta hesabına yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər zamanı istifadə olunan dərman preparatları və tibbi sərfiyyat materialları ilə dövlət hesabına təmin edilirlər:

“Ambulator şəraitdə isə onlara resept əsasında təyin olunan dərman preparatlarını öz vəsaitləri hesabına əldə edirlər. Lakin gələn ilin aprel ayından etibarən bu istiqamətdə də müvafiq mexanizmlərin tətbiqinə başlanılması planlaşdırılır. Bununla bağlı artıq funksional, qanunvericilik və normativ tərəflər hazırlanıb, müvafiq layihələr təsdiqə göndərilib. Yaxın günlərdə onların təsdiqlənəcəyini ehtimal edirik”.

R.Rzayev bildirib ki, ilkin mərhələdə daha təxirəsalınmaz xəstəliklərdən biri olan arterial hipertenziyanın, yəni yüksək arterial qan təzyiqinin müalicəsini təmin edən və dəstəkləyən dərman preparatlarının 26 adda xidmətlər zərfi çərçivəsində vətəndaşlara təqdim edilməsi planlaşdırılır.

“Dövlət-biznes əməkdaşlığı müstəvisində özəl təşkilatlar, aptek təşkilatları bu dərman preparatlarının təminatı üçün agentliyimiz tərəfindən sistemə qoşulacaq. Onların həmin sistemə qoşulması elektron resept əsasında təyin olunmuş dərman vasitələrinin təminatının həyata keçirilməsi istiqamətində rolları böyük olacaq. Onların da müvafiq elektron rəqəmsal sistemlərə qoşulması ilə əlaqədar texniki tapşırıqlar hazırlanıb və Agentliyimiz tərəfindən aidiyyəti üzrə Səhiyyə Nazirliyi, eləcə də aidiyyəti strukturlara ötürülür”, – deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью