TFF danimarkalı hakimə bir daha təyinat verməyəcək

12.02.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Türkiyə Super Liqasının XXIII turunda baş tutan "Qalatasaray" - "Adana Demirspor" matçının VAR hakimi Yakob Sundberq artıq bu çempionatda təyinat almayacaq.

Fanat.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar çıxarıb.

TFF danimarkalı referiyə bir daha etimad göstərilməyəcəyini bəyan edib.

Qeyd edək ki, "Adana Dəmirspor" ilk hissədə oyunu yarımçıq tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью