TFF Montella ilə yollarını ayırır Təzminat ödənilməyəcək

08.10.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti milli komandanın baş məşqçisi Vinçentso Montella ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Apasport.az xəbər verir ki, son 3 oyunda azarkeşlərin istefaya səslədiyi italiyalı mütəxəssislə yolların ayrılması qərara alınıb.

Montellanın öz istəyi ilə ona müqavilənin vaxtından əvvəl ləğvinə görə təzminat ödənilməyəcək.

TFF prezidenti İbrahim Hacıosmanoğlu isə vəzifəsindən ayrılmağı düşünmür. Onun apreldə keçiriləcək UEFA Konqresində prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığı üçün istefa vermək niyyətində olmadığı bildirilir.
Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasında keçirdiyi son 4 oyunun hamısında məğlub olub. DÇ-2026-dakı uğursuzluq və bu nəticələrdən sonra azarkeşlər Montellanın istefasını tələb ediblər.

“Real” Haaland transferində “Barselona”nı qabaqlayır Ronaldo Messiyə səsləndi: “Yazdığın tarix əbədi yaşayacaq” 16 yaşlı futbolçu top-klublardan milyonluq maaş tələb edir “Liverpul”da ciddi itki Dünya və Avropa çempionu butslarını mismardan asdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью