TFF prezidentindən Montellaya dəstək

22.06.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

TFF prezidentindən Montellaya dəstək

Türkiyə Futbol Federasiyasının prezidenti (TFF) İbrahim Hacıosmanoğlu milli komandanın baş məşqçisi Vinçentso Montellaya dəstək verdiyini açıqlayıb.

QOL.az “A Spor”a istinadən xəbər verir ki, Türkiyə millisinin DÇ-2026-da qrup mərhələsini adlaya bilməməsindən sonra federasiya rəhbəri italiyalı mütəxəssisin istefaya göndərilməyəcəyini bildirib.

“Uca Allah bizə uğur nəsib etmədi. Ürəyimiz ağrıyır. Amma unutmayaq ki, bizi bu dünya çempionatına gətirən məhz bu futbolçulardır. Onların əksəriyyəti gəncdir və gələcək turnirlərdə də komandaya rəhbərlik edəcəklər. Gənclərimizi dəstəkləməliyik”, - deyə Hacıosmanoğlu bildirib.

O, Montellanın və futbolçuların arxasında olduqlarını vurğulayıb:

“Məşqçimizi qoruyacağıq. Bu, klub deyil. Klublarda uğursuzluqların səbəbi sabitliyin olmamasıdır. Son iki gündə bizə müxtəlif məşqçi adları göndərirlər. Biz yol yoldaşlarımızı yolda rastlaşdığımız insanlara dəyişmirik. Məşqçimizi və futbolçularımızı müdafiə edəcəyik”.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın qrup mərhələsində Avstraliyaya 0:2, Paraqvaya isə 0:1 hesabı ilə məğlub olaraq pley-off şansını vaxtından əvvəl itirib.

Vinçentso Montella 2023-cü ilin sentyabrından Türkiyə millisinin baş məşqçisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью