TFF prezidentindən sərt açıqlama: “İsrail klublarını Türkiyədə istəmirik”

27.11.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Tribunalardakı insidentlərə görə “Beşiktaş”a kiçik cəzalar verilə bilər. Ancaq Fələstin bayrağına görə cəzalandırılması mümkün deyil”.

Apasport.az xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu deyib.

Qurum rəhbəri İsrail klublarının Türkiyədə oyun keçirməsinə qarşı olduqlarını bildirib:

“İsrail komandalarını Türkiyədə biz istəmirik. Körpələri öldürən bir ölkənin komandası bu torpaqlarda oynaya bilməz. UEFA yalnız təhlükəsizliyin təmin olunmasını tələb edir. Dövlətimiz təhlükəsizliyi təmin edə bilər. Oyun İstanbulda da keçirilə bilərdi, amma onların ölkəmizin ərazisinə gəlməsini istəmirik”.

Hacıosmanoğlu Batumidə baş verən insidentə də münasibət bildirib:

“Beşiktaş” azarkeşlərinə keçmiş olsun deyirəm. Futbolçuların gözlərindən öpürəm. Yaxşı dərs verdilər. UEFA və polis rəsmiləri ilə görüşdüm. Yalnız İsrail Futbol Federasiyasının prezidenti ilə görüşmədim”.

Xatırladaq ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” (2:1) qarşılaşması zamanı Gürcüstan polisi İstanbul təmsilçisinin azarkeşlərinə müdaxilə edib. Yaşanan insident səbəbindən oyun bir müddət dayandırılıb.

FIFA kiberhücuma məruz qaldı – Məxfi məlumatlar ələ keçirildi PSJ-nin qapıçısı ayrılmaq istəyir “Beşiktaş” – “Qalatasaray” derbisinin hakimi bəlli oldu Asiya Çempionlar Liqasında qalmaqal – Hakim fasilədə dəyişdirildi “Bavariya” Keynin əvəzləyicisini “Arsenal”da tapdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью