TFF qərar verdi Yeni Malatyaspor daha aşağı liqaya düşürüldü

19.12.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) "Yeni Malatyaspor"u ağır şəkildə cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əvvəlki ki oyuna üzrsüz səbəbdən qatlmayan komanda Nesine 2-ci Liqa Qrupundan qovularaq daha aşağı liqaya düşürülüb.

TFF bununla yanaşı, iki oyunda meydana çıxmayan komandaya 3-0 hesablı texniki məğlubiyyət verib: "Bundan sonra bu liqada "Yeni Malatyaspor"la nəzəri qarşılaşmaları olan komandalar isə qalib hesab ediləcək".

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью