Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın ''Roma''nın başına keçəcəyi ilə bağlı xəbərlər səngimək bilmir.''Corriere dello Sport''un iddiasına görə İvan Yuriçlə yollarını ayıran paytaxt təmsilçisinin başına keçməyə əsas namizədlərdən biri məhz Montelladı.
Hətta xəbərdə qeyd olunub ki, guya Montellanın Türkiyə Futbol Federasiyası ilə müqaviləsində təzminat maddəsi mövcuddu.
Onun 6 aylıq maaşı federasiyaya ödəniləcəyi təqdirdə Montella sərbəst məşqçiyə çevrilə bilər.
Təcrübəli məşqçinin ''Roma''dan illik 2,5 milyon avro maaş və ən azı ikiillik müqavilə təklifi alacağı təqdirdə futbolçu kimi əfsanəsi olduğu klubun başına keçməyə razılıq verəcəyi qeyd olunub.
Montella 2023-də TFF ilə üçillik müqavilə imzalayıb. Onun illik qazancı təxminən 2 milyon avrodu.
Yəni ''Roma'' federasiyaya 1 milyon avro təzminat ödəməlidi.
Bu arada şayiələrin durmadan artması fonunda TFF-nin yığma komandaya cavabdeh yönəticisi Ceyhun Kazancı bu mövzuda açıqlamalar vermək məcburiyyətində qalıb: ''Roma''nın Montellaya maraq göstərməsi normaldı.