TFFdən Superliqa təmsilçisinə ağır cəza

07.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Futbol Federasiyası "Adana Demirspor"a ağır cəza verib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisinin 3 xalı silinib. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Adana Demirspor" lisenziyalaşdırma qaydalarına əməl etmədiyi üçün cəza alıb. 14 turdan sonra 2 xal toplayan "mavi şimşəklər"in xalı cəza nəticəsində -1 olub.

Qeyd edək ki, TFF "Adana Demirspor"la yanaşı, II Liqada mübarizə aparan "Nazilli Spor", "Afyonspor", "Giresunspor", "Bucaspor 1928" və "Altay"a da eyni cəzanı tətbiq edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью