TFFnin sabiq rəsmisi Beşiktaşın gənc ulduzu haqda nə dedi? | Icma.az
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Futbol Federasiyasının sabiq rəsmisi Həmit Altıntop yerli kanallardan birinə açıqlamalar verib.
Altıntop federasiyanın əvvəlki başqanı Mehmet Büyükekşinin dönəmində Türkiyə yığmasına cavabdeh yönətici kimi çalışırdı.
Federasiyada bilindiyi kimi bu yay prezident dəyişikliyi baş verdi və Altıntop da ayrılmalı oldu.
O, öz dönəmlərində ''Beşiktaş''ın gənc ulduzu Semih Kılıçsoyun yığmaya çağırılmaması məsələsinə toxunaraq bunları deyib: ''Semih Kılıçsoyun məsələsi bizim, yəni yığmanın gündəmini çox da məşğul etmədi.
Bu məsələ yalnız ''Beşiktaş''ın gündəmini məşğul etdi. Düzdü, bir tərəfdən onları anlamaq lazımdı.
Onlar öz oyunçularına sahib çıxırlar, oyunçularının irəliləməsini, layiq olduğu yerə gəlməsini istəyirlər.
Amma bu yolda heç də hər zaman doğru hərəkətlər etmirlər. Semih Kılıçsoy 2005-ci il təvəllüdlü çox istedadlı gənc futbolçudu.
Tam oxu
Xəbəri oxu