The Beatles ifaçısının qatilinə şərti azadlıq verilmədi

11.09.2025

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur "The Beatles" qrupunun yaradıcısı və ifaçısı Con Lennonun qatilinə 14-cü dəfə şərti azadlıq verilməyib.

Kulis.az xəbər verir ki, Con Lennonun qatili Mark Çepmen 14-cü dəfə şərti azadlıq (UDO) üçün müraciət etsə də, bu dəfə də rədd cavabı alıb.

Onun sonuncu müraciəti avqustun 27-də komisiyanın qarşısında müzakirə olunub, növbəti dinləmə 2027-ci ilin fevralında keçiriləcək.

1980-ci ildə Lennonun həyatına son qoyan Çepmen ömürlük həbs cəzasına məhkum edilib və hazırda Nyu-York yaxınlığındakı “Green Haven” həbsxanasında saxlanılır.

Qeyd edə kki, 2022-ci ildə o, törətdiyi cinayətdən peşman olduğunu bildirib.

"Od qalar köz olar, qız qalar söz olar..." - Filmləri dillər əzbəri olan görkəmli kinorejissor "Netflix"in məşhur serialının çəkilişləri zamanı ölüm hadisəsi Rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam - Günün tablosu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью