“The Economist”in bu üz qabığı gündəm oldu Foto

23.01.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Britaniyanın nüfuzlu “The Economist” jurnalı ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı siyasətini gündəmə gətirib.

“Qafqazinfo” xəbər verir ki, jurnal mövzuya “Tramp ağ ayıya minir” başlıqlı üz qabığı ilə diqqət çəkib.

Davos İqtisadi Forumundakı çıxışı ərəfəsində gərginlik yaradacağı gözlənilən Tramp Qrenlandiya məsələsində nisbətən daha yumşaq mövqe nümayiş etdirib. O, ötən həftə səsləndirdiyi tarif təhdidlərini və “lazım gələrsə, güc tətbiq edilə bilər” fikrini geri götürərək, problemin danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib.

Bununla belə, Tramp Qrenlandiya üzərində nəzarət istəklərindən tam imtina etməyib. ABŞ-nin adanın təhlükəsizliyini ən yaxşı şəkildə təmin edə biləcəyini vurğulayan prezident mövqeyini müvəqqəti olaraq yumşaltsa da, məsələ açıq qalır.

“The Economist” mövzuya “Müttəfiqlər üçün dərslər” başlığı ilə də toxunaraq, Trampın yanaşmasını “dar və pessimist” kimi qiymətləndirib. Jurnalda qeyd olunur ki, bu yanaşma ABŞ-nin müttəfiqləri ilə münasibətlərdə etimadı zəiflədir. Avropanın bu mərhələdə nisbətən şanslı olduğu, Qrenlandiyada ABŞ hərbi bazasının mövcudluğu və adanın NATO çərçivəsində qorunması xüsusi vurğulanır.

Eyni zamanda, bildirilir ki, Trampın mövqeyindəki bu yumşalma müvəqqəti ola bilər və o, ABŞ ilə münasibətlərin pisləşəcəyi halda Avropa müttəfiqlərinin daha çox itirəcəyinə inanaraq, bu mövzunu təzyiq aləti kimi istifadə edir.

Vurğulanır ki, Qrenlandiyada buzlaqların əriməsi ilə yeni imkanlar ortaya çıxdıqca, Trampın sərt və yumşaq mövqelərinin beynəlxalq münasibətlərə və adanın gələcəyinə necə təsir edəcəyi sual olaraq qalır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью