“The Hill”: Tramp Qrenlandiyaya yanaşmasını dəyişib

27.03.2025

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Ağ Evdəki söhbətin sızması ilə bağlı qalmaqaldan sonra Qrenlandiyaya yanaşma dəyişib

ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki söhbətin sızması ilə bağlı qalmaqaldan sonra Qrenlandiyaya münasibətini dəyişib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

“Bu həftə Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə planlaşdırılan səfərlər və it yarışları ABŞ-ın adadakı hərbi obyektlərini ziyarət etmək üçün daha məhdud səfərin xeyrinə ləğv edilib”, - nəşr yazıb.

Öz növbəsində Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen səfərin ləğvini “çox müsbət” dəyişiklik adlandırıb.

Bundan əvvəl məlum olmuşdu ki, “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberqin “Signal” messencerində gizli müzakirədə iştirakı ilə bağlı qalmaqaldan sonra Avropa ölkələri ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsinin təhlükəsizliyinə şübhə etməyə başlayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью