“The Mosquito Bowl”: Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

25.11.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İkinci Dünya müharibəsi zamanı Amerika futbolu oynayan gənclərin taleyindən bəhs edən yeni film noyabrın 25-də "Netflix" platformasında yayımlanacaq.

Kulis.az xəbər verir ki, Piter Berqin rejissoru olduğu “The Mosquito Bowl” real hadisələrə əsaslanır.

Film Perl-Harbora hücumdan sonra dəniz piyadalarına qoşulan dörd kollec futbolçusunun hekayəsini danışır. Onlar Okinava döyüşünə yollanmamışdan əvvəl yadda qalan bir futbol qarşılaşmasında iştirak edirlər.

Həmin oyun iştirakçılarının bir çoxu üçün həyatlarının son idman yarışı olur. Ekran əsəri Baz Bissincerin eyniadlı sənədli kitabı əsasında hazırlanıb. Filmdə Nikolay Qalitsin, Bill Skarsqard, Rey Nikolson və Tom Frensis kimi aktyorlar çəkiliblər. Rejissor idman meydançasının coşğusu ilə müharibənin amansızlığını qarşılaşdıraraq, gənclərin həyatında bir anda baş verən dönüşü göstərməyə çalışır. Bu baxımdan film yalnız futbol haqqında deyil, müharibənin bir nəslin arzularını necə yarımçıq qoyması haqqındadır.

“Xəz paltolu Madonna"nın "Maria Puder"i açıqlandı Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi Ayasofiyada qədim tunellər aşkar edildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью