Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. "Mətbuat azadlığı ilə "milli təhlükəsizlik" arqumenti üz-üzə..." "The New York Time
Səbəb isə jurnalistlər üçün tətbiq olunan yeni qaydaların ABŞ Konstitusiyasının Birinci düzəlişini - söz və mətbuat azadlığını pozmasıdır.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
"The New York Times" Konstitusiyanın müdafiəsinə qalxır "The New York Times" nəşri dekabrın 4-də Vaşinqtondakı dairə məhkəməsinə müraciət edərək bildirib ki, Pentaqonun iç qaydaları oktyabrda qüvvəyə minib və 21 səhifəlik sənəd şəklində jurnalistlərə ciddi məhdudiyyətlər qoyub.
Qaydalarda həm mənbələrlə ünsiyyət, həm də məlumat sorğuları üçün xüsusi məhdudiyyətlər var.
Nəşrə görə, məqsəd "tarixən açıq olmuş sahələri" mətbuatın gözündən yayındırmaqdır.
Nəşr məhkəmədən bu qaydaların tətbiqinin dayandırılmasını və Birinci düzəlişi pozan hissələrin qanunsuz elan edilməsini tələb edir.
Xüsusən də, jurnalistlərin "dövlət qulluqçularını gizli məlumat verməyə çağırmasını qadağan edən" bəndin peşəkar xəbərlərin toplanmasını faktiki olaraq mümkünsüz etdiyi vurğulanır.