“The Odyssey” filmi müzakirələrə səbəb oldu

03.08.2026

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kristofer Nolan imzalı “The Odyssey” filmi tarixdə tamamilə “IMAX 70 mm” kameralarla çəkilən ilk və yeganə film kimi təqdim olunur.
OLAY yazır ki, lakin bu formatdan dünyada cəmi 41 kinoteatrda istifadə etmək mümkündür. Buna görə də bəzi tamaşaçılar filmin daha kəsilmiş və məhdud keyfiyyətli versiyasına baxmaq məcburiyyətində qalırlar. Bu vəziyyət isə internetdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, “IMAX 70 mm” kino tarixində ən yüksək təsvir keyfiyyətinə və ən böyük fiziki ölçüyə malik analoq film proyeksiya formatıdır. Rəqəmsal kino texnologiyasından fərqli olaraq, görüntünü ənənəvi və nəhəng ölçülü sellüloid lentlərdən istifadə edərək yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью