Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Amerikalı aktrisa, əfsanəvi "Zəng" (The Ring) qorxu filmindəki rolu ilə tanınan Deyvi Çeyz 35 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.
Aktrisanın sevgilisi Roy Ernandesin sözlərinə görə, iyunun əvvəlində Çeyz kəskin halsızlıq şikayəti ilə Los-Ancelesdəki xəstəxanalardan birinə yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, aktrisanın həyatını xilas etmək mümkün olmayıb.
Orqanizmi tamamilə sıradan çıxdı...
Məlumata görə, gənc aktrisanın ölümünə səbəb meningit və ağır qan infeksiyası olub. Bu xəstəliklər qısa müddətdə septik fəsadlara yol açıb və nəticədə, orqanizm dözməyərək tamamilə fəaliyyətini dayandırıb.
2000-ci illərin ən qorxulu obrazı və unudulmaz uğuru
Deyvi Çeyz hələ uşaq yaşlarından qlobal şöhrət qazanmağı bacarmışdı. 2002-ci ildə ekranlara çıxan və bütün dünyada səs-küy yaradan "Zəng" filmində o, Samara Morqan obrazını canlandırmışdı. Bu rol onu 2000-ci illərin qorxu kinosunun ən tanınan və simvolik fiqurlarından birinə çevirdi. Məhz həmin obraza görə Çeyz nüfuzlu "MTV Movie Award" mükafatının "Ən yaxşı mənfi qəhrəman" (Best Villain) kateqoriyasında qalib olmuşdu.
Gənc sənətçi təkcə qorxu janrında deyil, eyni zamanda fərqli ampluada da uğur qazanmışdı. O, elə həmin il "Disney"in məşhur "Lilo və Stiç" (Lilo & Stitch) cizgi filmində və onun ardınca çəkilən serialda baş qəhrəman Lilonu səsləndirərək uşaqların da sevimlisinə çevrilmişdi.
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim" Məşhur aparıcı faciəvi şəkildə vəfat etdi