The Sun: Britaniyanın keçmiş nazir müavini pedofiliya və narkotik asılılığında ittiham olunur, həbs edilib

12.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Böyük Britaniya müdafiə nazirinin keçmiş müavini İvor Kaplin pedofiliya şübhəsi ilə həbs edilib.

APA xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Məlumata görə, Kaplin azyaşlı oğlanla görüşə gəldiyi Hov şəhərindəki dəmiryol vağzalında həbs edilib.

Polis 66 yaşlı kişinin həbs olunduğunu təsdiqləyib və araşdırmalara başlandığını bildirib. “The Sun” qəzeti yazır ki, Kaplin 2024-cü ilin iyununda dəqiqləşdirilməmiş ciddi ittihamlara görə İşçi Partiyasından xaric edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью