Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” nəşri belə bir iddia irəli sürüb.
Qəzet xatırladır ki, ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffu fevralın 3–4-də Əbu-Dabidə keçiriləcək danışıqların yeni mərhələsinə göndərib. Görüşlərin bəyan edilmiş məqsədi Moskva və Kiyev arasında “istənilən razılığa” nail olmaqdır.
Müzakirələrdə əsas diqqət ərazi məsələsinə — Donetsk vilayətinin Rusiya ordusunun təxminən 4 illik genişmiqyaslı işğalından sonra ələ keçirə bilmədiyi hissəsinin statusu ətrafında gedir.
“Rusiya lideri Vladimir Putin döyüş meydanında qazana bilmədiklərini danışıqlarda almağa çalışır. Amma Putin üçün bu da kifayət deyil. O, nəinki indi malik olduğunu qoruyub saxlamaqda, həm də daha çox qazanmaqda israrlıdır”, — nəşr vurğulayır.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu ərazilərin Rusiyaya verilməsi yeni hərbi kampaniyaya şərait yarada bilər.
Donetsk vilayətinin əraziləri Kramatorsk və Slovyansk bölgələrində sıx müdafiə infrastrukturuna malik olduğuna görə strateji əhəmiyyət kəsb edir.
Eyni zamanda, analitiklərin fikrincə, Amerika lideri Donald Tramp və onun xüsusi elçisi Stiven Uitkoff Moskvanın uzunmüddətli hədəflərini tam nəzərə almır. Əgər Ukrayna güzəştlərə razılaşsa, bu, Rusiyaya müharibənin növbəti mərhələsinə hazırlaşmaq imkanı verəcək.
Digər variant — Ukraynanın ərazi üzərində nəzarəti saxlaması — Moskvanın ambisiyalarını cilovlamaq və təkrar hücumun qarşısını almaq üçün silah tədarükü və iqtisadi sanksiyalar da daxil olmaqla, Kremlə təzyiq tələb edəcək.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Qəzet xatırladır ki, ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffu fevralın 3–4-də Əbu-Dabidə keçiriləcək danışıqların yeni mərhələsinə göndərib. Görüşlərin bəyan edilmiş məqsədi Moskva və Kiyev arasında “istənilən razılığa” nail olmaqdır.