“The Wall Street Journal” Trampın Ukrayna planından yazdı

26.02.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu fikirlər “The Wall Street Journal”da (WSJ) dərc olunan məqalədəndir. Nəşr adı açıqlanmayan Ağ Ev nümayəndəsinə istinad edib.
Putin Trampın ideyası ilə razılaşıb Məqalədə yazılıb: “Trampın hazırladığı sülh razılaşması müharibədə gələcək yardımla bağlı təminatları, Amerika qüvvələrinin regiona göndərilməsinə dair hər hansı öhdəlikləri əhatə etməyəcək”.
Bundan əvvəl Donald Tramp ABŞ-nin hazırda Kiyevə heç bir hərbi yardım göstərmədiyini etiraf edib. Həmçinin, Amerika lideri bəyan edib ki, Ukraynada sülhməramlılar yerləşdirilsə, bu hamı üçün məqbul formada baş verməlidir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью