Tibb işçilərinə şad xəbər

02.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həkim mütəxəssislər və tibb işçiləri üçün vakansiyalar elan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, aşağıdakı istiqamətlər üzrə mütəxəssislərə ehtiyac var: pizza hut

Həkim-otorinolarinqoloq;

Həkim-cərrah;

Elektrokardioqrafiya;

Exokardioqrafiya;

Elektroensefaloqrafiya-funksional diaqnostika.

Vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər info@seferberlik.gov.az elektron poçt ünvanına yaza və ya Dövlət Xidmətinin elektron xidmət portalında anket doldura bilərlər.

Müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin (FİN) qeyd edilməsi mütləqdir.

Namizədlərin seçimi zamanı kliniki təcrübəyə malik şəxslərə üstünlük veriləcəyi qeyd olunub.

Ətraflı məlumat üçün 9100 “Çağrı” mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью