Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Qərar qüvvəyə mindiyi tarixdən etibarən Azərbaycan Respublikası ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olmaq icazəsi olan bütün tibb işçilərinə tətbiq olunur (Nazirlər Kabinetinin “Tibb işçilərinin sertifikasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı).
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əgər sertifikasiya şəhadətnaməsinin etibarlılıq müddətinin bitməsinə 1 il qalıbsa, 2026-cı ilin may ayına qədər azı 50 kredit balı toplanılsa, eyni zamanda son 5 il ərzində heç olmazsa bir dəfə ixtisasartırma kursunda iştirak edilsə, həmin qərar həkimə şamil olunacaq və Sertifikasiya Şəhadətnaməsi imtahan vermədən əldə ediləcək.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin