Tibb işçilərinin maaşları ilə bağlı deputatdan açıqlama

06.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Regionlarda ilkin səhiyyə xidmətinin əlçatanlığının təmin edilməsi məqsədi ilə modul tipli kənd tibb məntəqələrinin quraşdırılması vacibdir.
Bizim.Media xəbər verir ki, bunu deputat Pərvanə Vəliyeva parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu modul tipli xəstəxanalar üçün COVID-19 pandemiyası zamanı konstruksiyalar alınmışdı və onlar səmərəli şəkildə bu sahəyə ayrıla və istifadə edilə bilər. 
Deputat qeyd edib ki, son aparılan islahatlardan sonra Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri ilə TƏBİB tabeli müəssisələrdəki işçilər arasında əmək haqqı üzrə disbalansın aradan qaldırılması da məqsədəuyğun olardı. 
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью