Tibb kollecində ekoloji tədbir | Icma.az
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Lənkəran Tibb Kolleci son illərdə müxtəlif mövzuda keçirilən tədbirlərin ünvanına çevrilib.
Növbəti tədbir Azərbaycan təbiətinin patriarxı, akademik Həsən Əliyevin anadan olmasının 117-ci ildönümünə həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə kollecin direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Mustafayev açaraq böyük alimin həyatından bəzi mühüm məqamları diqqətə çatdırdı.
Ekologiya və Təbii sərvətlər Nazirliyinin 1 saylı Regional ETSİ-nin əməkdaşı, yazıçı-ekoloq Bəxtiyar Hüseynov Böyük alim–ekoloqu xatırlarkən” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi akademik Həsən Əliyevin keçdiyi həyat yolundan, elmi yaradıcılığından bəhs edərək bildirdi ki, akademik Azərbaycan təbiətini bütün varlığı ilə sevirdi və təbii sərvətlərimizin qorunmasına, ətraf mühitin mühafizəsinə ümumdövlət əhəmiyyətli iş kimi baxırdı.
Sonra yazıçı ekoloq qələmə aldığı kitablarından Həsən Əliyevi dönə-dönə xatırladığın diqqətə çatdırdı.
O, çıxışını Azərbaycan təbiətşünaslığına töhfə verən alimə həsr etdiyi şeiri ilə tamamladı.
Tələbələr öz çıxışlarında akademikin kitablarından aldıqları təəssüratları tədbir iştirakçıları ilə bölüşdülər.
Tam oxu
Xəbəri oxu