Tibb müəssisələrində yoxlamalar keçiriləcək Nazir

15.03.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Fizioterapist və fizioterapevtlərin əldə etdikləri sertifikatların nümunələrini Səhiyyə Nazirliyi ictimaiyyətə göstərib.

Bakupost.az xəbər verir ki, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.

O bildirib ki, Səhiyyə Nazirliyindən bütün tibb müəssisələrinə bu ixtisasla bağlı ştat vahidinin açılması ilə bağlı məktublar da yollanılıb.

"Bu yaxınlarda bu istiqamətdə yeni yoxlamalar keçiriləcək. İnanıram ki qısa bir müddətdə bu boşluq varsa, aradan qaldırılacaq. Bunun üçün lazımi sənədlər də hazırlanıb və artıq verilib. Sadəcə tibb müəssisələri bu məsələyə ciddi yanaşmalıdırlar", - nazir əlavə edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью