Tibb şirkəti Azərbaycan Tibb Universitetini məhkəməyə verdi

07.11.2024

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycan Tibb Universiteti növbəti dəfə məhkəməyə verilib.

Hurriyyet.az xəbər verir ki, ATU ilə bağlı iddianı bu dəfə tibb şirkəti olan “Nəsil Qrup” MMC qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər alqı-satqı müqaviləsi üzrə mübahisə yaşayır.

ATU ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 5 dekabr tarixində universitetlə bağlı işə baxılacaq. İş hakim Ziya Şirinovun icraatında verilib.
Qeyd edək ki, məhkəməyə verilən ATU-nun rektoru professor Gəray Gəraybəylidir.

Tərəfləri dinləməyə hazırıq./Tribunainfo.az /

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью