Tibb şirkətinin direktoru ofisində ölü tapılıb

03.04.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Rusiyada fəaliyyət göstərən “Qala-Optik” tibb şirkətinin direktoru Mixail Mogilevtsev Moskvanın mərkəzində öz ofisində ölü tapılıb. Ölümün səbəbi güllə yarası olub.

AzPost MK-ya istinadən xəbər verir ki,  bir gün əvvəl saat 17:00 radələrində şirkətin Donskaya küçəsindəki binasında 59 yaşlı kişinin meyiti aşkarlanıb.  Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. İlkin məlumata görə, hadisə intihar xarakteri daşıyır 

Qeyd edək ki, Qala-Optik şirkəti 1999-cu ildən fəaliyyət göstərir və tibbi avadanlıqlar üçün istehlak materialları və aksesuarların əsas təchizatçısı hesab olunurdu. Bunlar əsasən yataq yanında monitorlar üçün kabellər, elektrokardioqraflar üçün elektrodlar və s.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью