Tibb Universiteti və klinikasının vergi borcları var

23.01.2025

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Tibb Universiteti (VÖEN – 1400457111) və bu universitetin Tədris Cərrahiyyə Klinikasının (VÖEN – 1402715001) dövlət büdcəsinə ümumilikdə 27 min 803 manat 30 qəpik vergi borcu var.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Tibb Universitetinin 21 min 903,86 manat, Tədris Cərrahiyyə Klinikasının isə 5 min 899,44 manat vergi borcu yaranıb.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinə professor Gəray Gəraybəyli, Tədris Cərrahiyyə Klinikasına isə dosent Əsədulla Sultanov rəbərlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью