Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Tibb Universitetinin dosenti Zahirə Talışlı vəfat edib.
Medicina.az xəbər verir ki, Talışlı Zahirə Sulduz qızı 1947-ci ilin avqust ayının 15-də Lənkəran şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhərində başa vurub, 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş, 1970-ci ildə institutu bitirib, Lənkəran şəhər uşaq poliklinikasında sahə həkimi vəzifəsində çalışmışdır. 1971-ci ildə klinik ordinaturaya daxil olmuş və Moskva Tibb Akademiyasının Elmi-Tədqiqat Pediatiya İnstitutuna ezam olunmuşdur. Klinik ordinaturanı bitirdikdən sonra Bakı şəhəri 19 saylı uşaq poliklinikasından 12 saylı Birləşmiş Uşaq xəstəxanasına şöbə müdiri vəzifəsinə keçirilmişdir və bu vəzifədə 1987-ci ilə qədər işləmişdir.
1987-ci ildən 1989-cu ilə qədər Elmi-Tədqiqat Pediatriya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında çalışıb, 1998-ci ilin mart ayından etibarən isə dosent vəzifəsində fəaliyyət göstərib.
2010-cu ildən ATU-nin Tədris Terapevtik Klinikasında I Pediatriya şöbəsində, 2016-cı ildən isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bazasına çalışmışdır.
Allah rəhmət eləsin!