Tibbdə ilk: xəstəyə donuzun böyrəyi və qaraciyəri köçürüldü

09.06.2026

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Çin alimləri beyin ölümü diaqnozu qoyulmuş pasiyentə donuzun böyrəkləri və qaraciyərinin köçürülməsi əməliyyatını tarixdə birinci dəfə həyata keçiriblər. Bu, heyvandan insana eyni vaxtda bir neçə orqanın transplantasiyası üzrə ilkdir.

Medicina.az xəbər verir ki, əməliyyat Quansi Tibb Universitetinin mütəxəssisləri tərəfindən icra olunub. Transplantasiyadan sonra orqanlar 53 yaşlı kişinin bədənində təxminən beş gün fəaliyyət göstərib. Daha sonra pasiyentin ailə üzvlərinin istəyi ilə tədqiqat dayandırılıb.

Alimlərin fikrincə, əməliyyat donuzlardan insanlara ortotopik bütün qaraciyər transplantasiyası və ikitərəfli böyrək transplantasiyasının mümkün olduğunu sübut edir.


medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью