Tibbi müayinədən keçə bilmədi, “Kəpəz” transferi ləğv etdi

03.08.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Afrika Respublikasından olan futbolçu Aksel Urinin "Kəpəz"ə transferi baş tutmayıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 27 yaşlı vinger tibbi müayinədən uğurla keçə bilməyib.
Bu səbəbdən Gəncə təmsilçisi futbolçunun transferindən imtina edib.
Qeyd edək ki, Aksel Uri son olaraq Serbiyanın "Radnik" klubunda çıxış edib. O, 2026-cı ilin fevralında komandaya transfer olunsa da, cəmi 3 oyunda 53 dəqiqə meydanda olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью