Tibbi müayinələr keçirilib

03.12.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Beynəlxalq Fiziki Məhdudiyyətli Şəxslər Günü ilə əlaqədar tibbi müayinələr həyata keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.  

Qeyd edilir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində, həmçinin ev ziyarətləri çərçivəsində 3 Dekabr Beynəlxalq Fiziki Məhdudiyyətli Şəxslər Günü münasibətilə fiziki məhdudiyyəti olan şəxslər üçün tibbi müayinələr keçirilib.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutan müayinələrin əsas məqsədi fiziki məhdudiyyətli şəxsləri ümumi sağlamlıq vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi, mümkün fəsadların vaxtında aşkarlanması və tibbi xidmətə əlçatanlığın təmin olunmasıdır. 

Tədbir çərçivəsində endokrinoloq, kardioloq, oftalmoloq və nevroloq həkim mütəxəssislər tərəfindən ixtisaslı tibbi müayinələr həyata keçirilib, instrumental diaqnostik xidmətlər göstərilib. 

Həkimlər hər bir vətəndaşın fərdi sağlamlıq vəziyyətini qiymətləndirib, əlavə müayinəyə ehtiyac yarandığı hallarda müvafiq yönləndirmələr və müalicə üzrə tövsiyələr veriblər.

Keçirilən tibbi müayinələrdə ümumilikdə 130 nəfər iştirak edib. Onlara xroniki xəstəliklərin monitorinqi, görmə problemləri, ürək-damar sistemi üzrə şikayətlər, nevroloji vəziyyətlərin qiymətləndirilməsi və digər istiqamətlər üzrə tibbi xidmətlər göstərilib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью