Tibbi qeydiyyat sənədləri ELEKTRONLAŞDIRILACAQ

18.12.2024

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"2025-ci ildə tibbi qeydiyyat sənədləşməsi elektron varianta keçəcək".

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində “Dayanıqlı səhiyyə İdarəetməsi" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, rəqəmsallaşma, müasir dünya ilə ayaqlaşmaq, sürətli və operativ tibbi xidməti təmin etmək üçün Səhiyyə Nazirliyində ciddi tədbirlər planı hazırlanır və tezliklə müvafiq addımlar atılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью