Tibbi sığorta üzrə yığımlar 81,6 milyon manata düşdü

26.06.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cari ilin yanvar-may aylarında tibbi sığorta üzrə yığımlar 81 milyon 591 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 139 min manat və ya 2,55% azalıb.

Belə ki, 2025-ci ilin yanvar-may aylarında tibbi sığorta üzrə yığımlar 83 milyon 730 min manat olub.

Bununla yanaşı, tibbi sığorta üzrə ödənişlərdə artım qeydə alınıb. Cari ilin ilk beş ayında bu istiqamətdə ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 198 min manat və ya 3,28% artaraq 36 milyon 428 min manatdan 37 milyon 626 min manata yüksəlib.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью