Tibbi vasitələrin alınması üçün 4,8 milyon manatdan çox pul xərclənəcək

31.03.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələri alacaq.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedur başlayıb.

Belə ki, alınacaq tibbi vasitələrin sırasına steril əlcək, sidik torbası (2 lt), sistem infuzion, birdəfəlik şpris (iynə ilə 2ml) və s. ləvazimatlar daxildir.

Sözügedən xidmətin həyata keçirilməsi üçün xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 825 098 manatdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью