Tibet zəlzələsində ölənlərin sayı 95ə çatıb Doğru Xəbərlər

07.01.2025

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tibetdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb, daha 130 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

“Saat 15:00-a (Moskva vaxtı ilə 10:00) olan məlumata görə, Tinqri qraflığında baş verən zəlzələ 95 nəfərin ölümünə, 130 nəfərin yaralanmasına səbəb olub”, – məlumatda deyilir.

Daha əvvəl 53 nəfərin öldüyü, 62 nəfərin yaralandığı məlum olub.

Çində baş verən zəlzələdən sonra turistlərin Everestə çıxışının dayandırıldığı da bildirilib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью