Tibetdə 500 rusiyalı turist itkin düşüb? AÇIQLAMA

11.09.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, lakin Rusiyanın Pekindəki səfirliyi məlumatı təkzib edib. 
Bildirilib ki, diplomatik nümayəndəlik Kaylaş dağında palçıq sürüşməsi səbəbindən 500 rusiyalı turistin itkin düşməsi barədə heç bir məlumata malik deyil:

“Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kaylaşın yerləşdiyi Nqari rayonunda sel hadisəsi qeydə alınmayıb. Zəvvarlar və turistlər dağın ətrafında gəzintiyə davam edirlər”. 
Məlumata görə, yürüşü başa vuran turistlər Tibeti quru və hava keçidləri ilə tərk edirlər. Son bir neçə gündə Nqaridəki heç bir Rusiya vətəndaşı diplomatik nümayəndəliyə kömək üçün müraciət etməyib.

Qeyd edək ki, Rusiya mətbuatı ötən gün Kaylaş dağında qalan rusiyalı turistlər barədə məlumat yayıb. 

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью