Tibetdə dəhşətli zəlzələ: 32 nəfər ölüb Xəbər saytı Son xəbərlər və Hadisələr

07.01.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.

"Xinhua" agentliyi məlumat yayıb ki, Şiqatse şəhəri yaxınlığında baş verən zələzlə nəticəsində 32 nəfər artıq həyatını itirib.

Zəlzələnin episentirinin 5 kilometr radiusunda 7 kənd yerləşir. Hazırda həmin kəndlərdə zəlzələnin törətdiyi fəsadlar dəqiqləşdirilir.

Yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью