Tibo Kurtua Belçika millisinə qayıtmaq qərarını açıqladı

14.11.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Real Madrid”in qapıçısı Tibo Kurtua Belçika millisində karyerasını davam etdirmək və AVRO-2028-də əsas qapıçı olmaq niyyətini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu “Play” telekanalının “De Tafel van Gert” proqramında bu barədə danışıb.

Avropa çempionatında Belçika millisinin bir nömrəli qapıçısı olmaq istəyib-istəmədiyi soruşulan Kurtua “Bəli” cavabını verib.

Təcrübəli qolkiper baş məşqçi Mark van Bommel ilə razılaşmaya əsasən UEFA Millətlər Liqasının bütün oyunlarını buraxsa da, yığmadakı karyerasını başa vurmadığını vurğulayıb:

“Baş məşqçi ilə razılaşdığımız kimi, komandadakı yerim uğrunda yenidən mübarizə aparmalıyam. Senne yaxşı çıxış edib və rəqabətin olması vacibdir. Belçikanın çox yaxşı qapıçıları var”.

Kurtuanın milli komandaya AVRO-2028-in seçmə mərhələsində qayıdacağı gözlənilir.

Qeyd edək ki, 34 yaşlı qapıçı indiyədək Belçika millisinin heyətində 115 oyun keçirib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью