Tibo Kurtua fikirindən daşındı

15.03.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real"ın qapıçısı Tibo Kurtua Belçika milli komandasına qayıdıb. Sport24.az xəbər verir ki, qolkiper baş məşqçi Domeniko Tedeskonun yığmadan ayrılmasından sonra fikrindən daşınıb. 

32 yaşlı "çərçivə qoruyucusu" yığmanın yeni çalışdırıcısı Rudi Qarsiyanın dəvətini qəbul edib. Təcrübəli qapıçı Belçika seçməsinin UEFA Millətlər Liqasının Ukrayna ilə oyunlarının heyətinə daxil edilib.

Qeyd edək ki, Tibo Kurtua sonuncu dəfə 2023-cü ilin iyun ayında millinin formasını geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью