Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Cənubi Koreyanın Tequ şəhərində ticarət mərkəzində tavanın bir hissəsinin çökməsi nəticəsində azı 38 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə anında binada 66 nəfər olub.
Binadakılar təxliyə olunublar, lakin 38 nəfər yüngül xəsarət alıb. 9 zərərçəkən xəstəxanalara çatdırılıb. Onların həyatı üçün təhlükə yoxdur.
Hakimiyyət orqanları axtarış işləri başa çatdıqdan sonra hadisənin səbəbini müəyyənləşdirmək niyyətindədir.