Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir. Misin qiyməti ABŞ prezidenti Donald Trampın Çinlə ticarət gərginliyini azaltmaq cə
Pekin isə öz növbəsində ölkə iqtisadiyyatının bu il üçün nəzərdə tutulan artım hədəflərinə çata biləcəyini bəyan edib.
Ölkə.az "Bloomberg”ə istinadla yazır ki, Çindən gələn yeni iqtisadi göstəricilər mənzərəni tam aydın göstərməsə də, Milli Statistika Bürosu 5%-lik illik iqtisadi artım hədəfinin hələ də reallaşa biləcəyini açıqlayıb.
Dünyanın ən böyük xammal treyderləri bu il tarixlərinin ən gəlirli dövrünü yaşayırlar.
Mədənlərdəki fasilələr və təchizat zəncirindəki problemlər xammal qiymətlərinin rekord səviyyədə bahalaşmasına səbəb olub.
Bu gün, Bakı vaxtı ilə saat 08:12-yə olan məlumata görə, misin bir tonunun qiyməti 1% artaraq 10 714,50 ABŞ dolları olub.
Qalay və sinkin qiymətləri də yüksəlib. Sinqapurda dəmir filizi fyuçerslərinin dəyəri 0,3% artaraq 104,25 dollar/ton səviyyəsinə çatıb.
Qeyd edək ki, 1 sentyabrda misin qiyməti London Metal Birjasında psixoloji hədd sayılan 10 000 dollar/ton səviyyəsini keçib.