Ticarət mərkəzində eskalatorun üzərinə yıxılan usta həyatını itirdi VİDEO

14.01.2025

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ticarət mərkəzində eskalatorun üzərinə yıxılan usta həyatını itirdi - VİDEO

Ankaranın Çankaya rayonunda ticarət mərkəzində dəhşətli hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ticarət mərkəzinin havalandırma borularının yerləşdiyi tavanda işləyən fəhlə yuxarıdan eskalatorun üzərinə yıxılaraq ölüb.

Belə ki, Sezer P. (50) adlı şəxs tavanda işləyərkən hələlik məlum olmayan səbəbdən aşağı mərtəbədəki eskalatorun üzərinə yıxılıb və dərhal hadisə yerində dünyasını dəyişib.

Məlumat üzərinə polis və təcili tibbi yardım əməkdaşları ticarət mərkəzinə sövq edilib.

Həkimlər tərəfindən ilkin tibbi yardım alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Lakin o, xəstəxanada dünyasını dəyiib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью