Ticarət mərkəzində gərgin anlar: qadın pəncərədən yıxıldı

16.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Şamaxıda ticarət mərkəzində xadimə işləyən qadın xəsarət alıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə mayın 15-də Şamaxı şəhərin ərazisində yerləşən “Meqasiti” ticarət mərkəzində baş verib.

Şamaxı şəhər sakini, 1993-cü il təvəllüdlü Günel Vəkalət qızı Yəhyayeva xadimə işlədiyi şəhərin ərazisində yerləşən “Meqasiti” ticarət mərkəzinin 3-cü mərtəbəsindəki pəncərədən yıxılıb.

Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью