Ticarət mərkəzində insident Xəsarət alan var

05.04.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunda yerləşən ticarət mərkəzində baş verən insident nəticəsində bir nəfər bıçaqlanıb. Hadisə 2003-cü il təvəllüdlü, rayon sakini Samir Ruslan oğlu Abbaszadə ilə ticarətçi Babayev İkram Cavanşir oğlu Babayev arasında yaranmış mübahisə zəminində baş verib.

Mübahisə zamanı Babayev İkram, Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью