Ticarət müharibəsi 3521% RÜSUM! İdxalın 77% i!

22.04.2025

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Hurriyyet.az xəbər verir ki, ABŞ Cənub-Şərqi Asiya ölkələrindən - Komboca, Vyetnam, Malayziya və Tailanddan idxal edilən günəş panellərinə rekord səviyyədə - 3521% gömrük rüsumu qoyub. 
"Blumberq" ("Bloomberg") nəşrinin yazdığına görə, digər ölkələrdən olan rüsumlar isə 34,4% ilə təqribən 400% arasındadır.
Bu tədbirlər ABŞ-a günəş panellərini maya dəyərindən aşağı qiymətlərlə tədarük edən Asiya istehsalçılarının dempinqinə cavab olaraq görülüb. Həmin məsələ ilə bağlı təhqiqat Co Bayden administrasiyası dövründə başlayıb.
Agentliyin məlumatına görə, 2024-cü ildə ABŞ-nin günəş avadanlığı idxalının 77%-i (12,9 milyard dollar) bu ölkənin payına düşüb.
"Blumberq" yazır ki, yeni tariflər Amerika istehsalçılarını dəstəkləyə bilər, lakin eyni zamanda ucuz xaricdən tədarüklərə arxalanan bərpa olunan enerji sektorunu vuracaq.
Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью