Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Çin ticarət müharibəsi fonunda ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) alışını on həftədən çox müddətə dayandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" nəşri məlumat verib.
Nəşr ekspertlərə istinadən yazıb ki, Çinin ABŞ-nin mayeləşdirilmiş təbii qazından imtina etməsi Pekinin Moskva ilə enerji əməkdaşlığını gücləndirə bilər.
"Uzunmüddətli nəticələr olacaq. Düşünmürəm ki, Çinin LNG idxalçıları nə vaxtsa ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükü üçün yeni müqavilələr imzalasınlar", - deyə Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzindən Ann-Sofi Korbo bildirib.