Ticarət müharibəsi qızışır: Tramp Kanadanı Çinlə əməkdaşlıqdan çəkindirdi

24.01.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Kanadanın Çinlə razılığa gələcəyi təqdirdə, Kanadadan idxal edilən mallara 100% gömrük rüsumu tətbiq ediləcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, Tramp məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
Kanadanın Baş naziri Mark Karnini "Qubernator Karni" adlandıran Tramp bildirib ki, "Əgər qubernator Karni Kanadanı Çinin ABŞ-a mal və məhsul göndərməsi üçün "tranzit limanına" çevirəcəyini düşünürsə, çox yanılır".
Tramp Çinin Kanadanı "diri-diri yeyəcəyini", onun biznesini, sosial quruluşunu və ümumi həyat tərzini məhv edəcəyini iddia etdi və Kanadanın Çinlə razılaşma əldə edəcəyi təqdirdə ABŞ-a daxil olan bütün Kanada mallarının dərhal 100% tariflə üzləşəcəyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью